
Dünya gündəmini zəbt edən iddia: Talibanla gizli görüş baş tutub
Mayın 12-də Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində Talibanın ali lideri Hibetullah Axundzadə ilə Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Es-Tani arasında gizli görüş baş tutub.
Busaat.az xəbər verir ki, bunu Britaniyanın “Reuters” xəbər agentliyi açıqlayıb.
Agentliyə danışan mənbələr həmçinin Taliban liderinin mayın 12-də ölkənin cənubundakı Qəndəhar şəhərində Es-Tani qəbul etdiyini açıqlayıb. Bu görüşü “Əfqanıstanın xarici aləmə açılmaq istəyinə doğru atılan addım” kimi şərh edən beynəlxalq media qurumları “Axundzadə ilk dəfə xarici ölkə lideri ilə görüşəcək” kimi şərh ediblər.
ABŞ prezidenti Co Bayden administrasiyasının bu görüşdən xəbərdar olduğu da bildirilib. Adı açıqlanmayan mənbənin sözlərinə görə, Qətər naziri Axundzadəyə deyib:
“Qızların təhsil almasına və qadınların işə götürülməsinə qoyulan qadağalara son qoyulmalıdır”.
Xatırladaq ki, 2022-ci ilin martında qızların təhsilini qadağan edən Taliban dekabr ayında universitetlərə də qızların girişinə qadağa qoyub. Taliban elan edib ki, tədris planında dəyişikliklər edildikdən sonra təhsil başlaya bilər.
Əfqanıstanda baş tutan görüşə münasibət bildirilən xəbərdə görüşdə Qətərin diplomatik uğur əldə etdiyi qeyd edilib.
Adını açıqlamayan mənbə deyib: “Görüş çox müsbət atmosferdə keçdi. Axundzadə beynəlxalq ictimaiyyətlə dialoqun davam etdirilməsinə böyük maraq göstərib”.
Ağ Ev, Qətər və Taliban məsələ ilə bağlı şərh verməyib. Əfqanıstanla heç bir diplomatik əlaqəsi olmayan Qətərin Kabildəki səfirliyi hələ də açıqdır.
Busaat.az























