Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 246 $▼5.83%
  • Ethereum1 764 $▼8.51%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Dünya liderlərindən Ərdoğana TƏBRİKLƏR

image-erdogan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dünya liderlərindən təbrik mesajları gəlməkdə davam edir.

ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik edib.

Busaat.az xəbər verir ki, Prezident Ofisinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, ABŞ prezidenti Bayden prezident Ərdoğanın seçkilərdəki uğurunu təbrik edib və nəticələrin türk xalqı üçün faydalı olmasını arzulayıb.

Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən iki lider, yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılığa gəliblər.

RUSİYA
Rusiya prezidenti Vladimir Putin prezident Ərdoğana telefonla zəng edərək onu seçkidəki uğuru münasibətilə təbrik edib.

Görüşdə Putin prezident Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin türk xalqı üçün faydalı olmasını arzulayıb.

İki lider yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

UKRAYNA
Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib və yeni dövrün türk xalqı üçün xeyirli olmasını arzulayıb.

Görüşdə Rusiya-Ukrayna müharibəsində baş verənlər və regional məsələlər də müzakirə edilib.

İSRAİL
İsrail prezidenti İsaak Hersoq prezident Ərdoğana telefonla zəng edərək onu seçkidəki uğuruna görə təbrik edib.

İsrail prezidenti Hersoq prezident Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin türk xalqı üçün xeyirli olmasını arzulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111110