Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analizbackend

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avropa ölkələrinin yenidənqurma fondu müzəkirələrində ortaq məxrəcə gəlmələrinin uzanması, özünü beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsində də göstərməkdədir. Avro 1.15$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, sözügedən səviyyənin ətrafında dalğalanmaqdadır.

Təhlillərə əsasən, müqavimətin qırılması ilə son üç ay ərzində 7% bahalaşan məzənnə, 1.16$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da yayımlanacaq Avrozonanın sənaye və xidmət sektorlarına dair önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir.

GBP.

GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.27$-da müqavimətlə rastlaşaraq, maksimum və minimum səviyyələri aralığında üfüqi istiqamətdə dalğalanmaqdadır. Lakin qısa müddətli perspektivdə qiymət təzyiq altında olsa da qlobal olaraq bahalaşmaqda davam edəcəyi proqnozları güclü olaraq qalır.

Cümə günü saat 12:30-da Ingiltərənin də sənaye və xidmət sektorlarına dair önəmli göstəricilərin açıqlanması investorlar tərəfində böyük maraqla gözlənilməkdədir.

TRY.

USD/TRY məzənnəsi isə 6.88-6.85TL aralığında dalğalanmaqda davam edir və qiymət cümə axşamı saat 13:00-da TCMB tərəfindən açıqlanacaq yeni faiz qərarına kimi cari səviyyələr aralığında dalğalanmaqda davam edəcəyi proqnozlaşdırılır.

OIL.

<ins’>

Red Bull

</ins’>

 

Qlobal iqtisadiyyatda iqtisadi və siyasi risklərin yenidən artması, Avropanın Brent neftinin bir barel qiymətinin də bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Hazırda 42$-ın üzərində dalğalanan qiymətin, bu səviyyənin üzərində qaldıqca, 44$-a kimi dəyər qazana biləcəyi ehtimalları üstünlüyünü qorumaqdadır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.

GOLD.

Foreks bazarlarında dolların təzyiq altında olması, qızıla olan tələbi də artırır. Beləliklə, artıq 1800$ üzərində təklif edilən bir unsiya üzrə qiymət, 1815$-ın (58.4 $/qram) qırılması ilə 1843$-a (59.3 $/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90