Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 714 $▲0.94%
  • Ethereum1 811 $▲2.42%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Dünya Müharibəsindən sonra İLK: Yapon döyüş təyyarələri Filippinə endi

image-thumbs_b_c_05ba92248b3eba60609b0df534f5a875
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yapon döyüş təyyarələri 1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra ilk dəfə qonşu Filippinin sahillərinə enib.

Busaat.az xəbər verir ki, son vaxtlar Asiya-Sakit okeanı bölgəsində regional hərbi təsirini artıran Çinə qarşı Yaponiya qonşu ölkələrlə müdafiə sahəsində əməkdaşlıq imkanları axtarır.

Yaponiya Havadan Özünü Müdafiə Qüvvələrinin (ASDF) bəyanatına görə, ASDF və Filippin Hərbi Hava Qüvvələri (PAF) müdafiə sahəsində əməkdaşlığı və koordinasiyanı artırır.

ASDF-yə aid iki F-15 qırıcısı Filippinin paytaxtı Manilanın şimal-qərbində yerləşən Malabakat şəhərindəki Klark hava bazasına eniş edib.

Yaponiya Ordusunun Donanma Komandiri Arisava Şotaro, iki ölkənin hava qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq və koordinasiyanı hədəfləyərək, döyüş təyyarələrinin enişinin iki ölkə arasında müdafiə əlaqələri ndə dönüş nöqtəsi olduğunu bildirib.

ASDF-nin açıqlamasına görə, döyüş təyyarələrini yanacaq dolduran və yanacaq daşıyan təyyarələr müşayiət edib.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, İkinci Dünya Müharibəsi zamanı Yaponiya İmperiyası Filippini 3 ildən çox müddətdə işğalda saxlayıb.
Y

aponiya qüvvələri dünya müharibəsi zamanı sözügedən aviabazadan ABŞ qüvvələrinə qarşı “kamikadze intihar hücumları” üçün istifadə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93181