Dünya şöhrətli fotoqraf Reza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.
Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
“Laçında Reza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. 30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə – Laçına qayıdırlar.
Həmçinin burada dünyanın müxtəlif yerlərindən olan 100 uşağın fotoşəkilləri də var. Diplomatik korpusla biz də burada ailə şəklimizi çəkdirdik”,- paylaşımda qeyd olunub.