“Qanunsuz erməni silahlı birləşmələri sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
“Dünən Şuşa şəhəri bombalanmışdır. Bilirsiniz ki, Şuşa xalqımız, Azərbaycan üçün nə qədər dəyərlidir”, – o qeyd edib.