“Ermənistanda baş verən son proseslər bu ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistanın davranışları regionumuz üçün faydalı deyil:
“Təəssüflər olsun ki, bəzi qüvvələr öz problemlərini regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun buna ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır”.