
Dünyanın ən böyük yaqutu 34,8 milyon dollara satılıb
Dünyanın ən böyük yaqutu 34,8 milyon dollara satılıb.
Busaat.az xəbər verir ki, 55,22 karat ağırlığında olan yaqut hərracda satılan ən böyük və ən qiymətli qiymətli daş hesab edilir.
Kanadanın Fura Gems şirkəti tərəfindən Mozambikdəki mədənlərdən birində kəşf edilən daş Nyu-Yorkda 34,8 milyon dollara satılıb.
Sotheby’s auksion evi hərracdan əvvəl bu daş-qaşı “son dərəcə nadir” və “ən qiymətli və vacib” yaqut adlandırıb.
Qeyd edək ki, yaqutlar dünyanın ən nadir və ən qiymətli daşlarından biri hesab olunur.
Busaat.az























