“Dünyanın ən yaxşı məşqçisi deyiləm” – Klopp

“Dünyanın ən yaxşı məşqçisi deyiləm” – Kloppbackend

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp ilin ən yaxşı məşqçisi seçilməsi ilə bağlı danışıb.

Busaat.az xəbər verir ki, almaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında bu ada layiq görüləcəyini gözləmədiyini deyib:

“Hər kəsə minnətdaram. Mənə bir az təəccüblü gəldi, bunu gözləmirdim. Çünki Flik (Hans-Diter Flik, “Bavariya”) bütün titulları qazanıb.

Şadam. Bu, mənim və məşqçi heyətimiz üçün xüsusi bir şeydir. Ancaq məndən “dünyanın ən yaxşı məşqçisisən?” deyə soruşsanız, “yox” cavabını verərəm. Mən dünyanın ən yaxşı məşqçilərinin əhatəsindəyəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90