Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 400 $▲2.01%
  • Ethereum1 830 $▲3.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Dünyanın ən zəngin insanları bu il ümumilikdə 2 trilyon dollar itirib

image-zengin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Forbes USA hesab edir ki, dünyanın ən varlı adamları 2022-ci ildə 1,9 trilyon dollar itiriblər və bəziləri – FTX-in qurucusu Sam Bankman-Frid, musiqiçi Kanye West və Rivian-ın qurucusu RJ Skarinja kimi milyarderlər dünyanın ən zənginləri sırasını tamamilə tərk ediblər.

Busaat.az xəbər verir ki, 2020 və 2021-ci illərdə dünyanın ən varlı adamlarının ümumi sərvətləri milyardlarla dollar artıb, lakin bu il onlar birjadakı müəyyən çətinliklər, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” və tüğyan edən inflyasiya ilə üzləşiblər.

Forbes hesab edir ki, dünya üzrə milyarderlər 2022-ci ildə 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na olan məlumata görə, onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Forbes USA-a görə milyarderlərin sayı 2671-dən 2523-ə düşüb.

Ən ağır zərbə 2022-ci ildə ümumilikdə 1 trilyon dollardan çox maliyyə itkisi ilə üzləşən 300 texnologiya milyarderinə dəyib.

Dünyanın əsas şirkətlərindən olan Amazon-un səhmləri təxminən 50% ucuzlaşaraq qurucusu Jeff Bezosun sərvətini 80 milyard dollardan çox azaldıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95136