
Dünyaya qlobal çağırış
Ölkə rəhbərimiz İlham Əliyev cənablarının 5 iyul tarixində“Qoşulmama Hərəkatı : meydana çıxan çağırışlarlamübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərləgörüşü çox əhatəli və vacib bir görüş oldu.
Hər birimizə məlumdur ki, bütün beynəlxalq ictimaiyyətCovid-19 pandemiyası ilə necə mübarizə aparacağıbarədə çaşqın vəziyyətdə olarkən səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayındaAzərbaycanın təşəbbüsü ilə təşkil edilmiş QoşulmamaHərəkatının ssamiti BMT Baş Assambleyasının xüsusissessiyasının keçirilməsi ilə nəticələndi. Bu demək olar ki, Azərbaycan beynəlxalq aləmdə ən gözəl nailiyyəti idi. Onuda qeyd etmək istəyirəm ki, Qoşulmama Hərəkatına üzvolan 80-dən çox ölkəyə Azərbaycan dövləti tərəfindənhəm ikitərəfli qaydada eləcədə Ümümdünya SəhiyyəTəşkilatı vasitəsilə bütün işlərlə bağlı maliyyə vəhumanitar dəstək göstərilib. Elə təkcə Azərbaycana Ü.S.T 10 milyon ABŞ dolları məbləğində könüllü dəstək veribdir. Bu da onu bildirir ki, yaradılmış bu təşkilat BMT-dən sonraikinci böyük təsisat kimi formalaşıb və dünya nizamında özyerini tapmışdır.
Hər birimizə eləcədə dünya ictimaiyyətinə məlumdur ki, BMT-də ciddi islahatlar aparılması labüddür, qaçılmazdır. Belə ki, BMT Təhlükəsizlik Şurası hazırki real vəziyyətləriözündə əks etdirmir. O da dünya ictimaiyyətini belə birfikrə gətirir ki, BMT Təhlükəsizlik Şurasında QoşulmamaHərəkatına daima bir yer verilməlidir. Həmçinin İslamƏməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edənölkələr də burada Veto hüququ ilə rotasiya əsasında yeralmalıdırlar. Çünki, hələ də bəzi ölkələr neokolonializmihələ davam etdirir. Belə ölkələr sırasında birinci yerdəFransa dövləti dayanır. Fransa hökuməti Qəməradalarının Mayot adası üzərində süverenliyinə, YeniKaledoniya xalqının hüquqlarına hörmət etməlidir. Fransadünya ictimaiyyətinin gözü qarşında Paris muzeyində 1,5 milyon əlcəzairli döyüşçülərin kəllə sümüklərini müharibəqəniməti kimi saxlayır və özünüdə yalandan insanhaqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələməverir amma Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Bütün dünya ictimaiyyətinə də bəllidir ki, Fransadövləti separatizmini dəstəkləyir. Azərbaycanın Qarabağbölgəsində ermənilərə ümid verir, müstəmləkəçilik siyasətiilə Cənubi Qafqaz regionunda öz mənfur təcrübəsini tətbiqetməyə çalışdılar. Hələ onu da demirik ki, Fransa Korsinadilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbuletmir. Eyni zamanda da Dağlıq Qarabağ məsələsindəAzərbaycanın erməni milli azlığının müdafiəçilərindənbiridir.
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanındaməğlub edərək 30 illik işğala son qoydu. Buməğlubiyyətdən sonra Ermənistan kapitulyasiya aktınıimzalamağa məcbur oldu. Bununlada Azərbaycan öz ərazibütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin icrasını özü təmin etdi. Dövlətimizin buQələbəsi beynəlxalq ədalətin zəfəri oldu. Azərbaycandövləti otuz il əvvəl Ermənistan tərəfindən işğal olunmuşərazilərdə etnik təmizləmə işlərilə bağlı dəfələrlə məlumat, materiallarla çıxış etsələrdə, nəticəsiz qalırdı. 1992-ci ildəXocalı şəhərində 613 nəfərin vəhşicəsinə qətləyetirilməsinə bir çox dünya dövlətləri səssiz qaldılar. İşğalolunmuş ərazilərimizdə 67 məsciddən 65-i dağdılmışdır vəbunu da dünya müsəlmanlarına qarşı bir təhqir kimiqiymətləndirirəm.
İndi hal-hazırda Azərbaycan dünyada minalarlaçirkləndirilmiş 10 ölkədən biridir. Minaların qoyulmasıErmənistan tərəfindən Azərbaycanın hüquqlarınınnpozulmasıdır. 2020-ci ildə imzalanmış aktdan sonradaErmənistan dövləti öz çirkin niyyətindən əl çəkmədi. Laçında sərhəd-gömrük buraxılış məntəqəsi yaradılanaqədər silah və minaları Qarabağ bölgəsinə daşıyırdı. Rəsmi İrəvan öz üzərinə düşən öhdəlikləri yerinə yerirmir. Bütün çətinliklərə baxmayraq Azərbaycan 10 minkilometrlik ərazidə yenidən qurma işlərinə başlamışdır. 3 iləvvəl imzalanmış kapitulyasiya aktında yer almışZəngəzur dəhlizinin açılması üçün lazımı köməyietməkdədir.
Hacıyeva Gülnarə Həsənqulu qızı.
Nasimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranınkatibi.























