
Duqinanı qətlə yetirməkdə ittiham olunan qadının cəsədi tapıldı
“Rusiyalı jurnalist Darya Duqinanı qətlə yetirməkdə ittiham edilən ukraynalı Natalya Vovkun cəsədi aşkar olunub”.
Busaat.az xəbər verir ki, bu barədə iddianı Avstriyanın “Express” nəşri irəli sürüb.
İddialara görə, Vovkun cəsədi kirayələdiyi mənzildə aşkar olunub. Bildirilir ki, ukraynalı qadının bədənində 17 bıçaq zərbəsi və əlində qeyd aşkar olunub.
Sözügedən mənzilin məhz hansı ölkədə və yaxud şəhərdə yerləşdiyi isə qeyd olunmayıb.
Məlumatda Vovkun cəsədini əks etdirən foto da paylaşılıb. Lakin bəzi məlumatlara görə, həmin foto əslində 2020-ci ildə çəkilib.
Vyana polisi və Avstriyanın Daxili İşlər Nazirliyi hələ ki bu məlumat barədə açıqlama verməyib.























