
"Düşüncələrimiz və dualarımız sizlərlədir" - Kral Çarlz
“Yaxınlarını itirənlərin ailələrinə ən dərin və səmimi hisslərimizi çatdırmaq istəyirəm”.
Busaat.az xəbər veri ki, bu sözləri İngiltərə kralı Çarlz deyib.
Kral Çarlz yayımladığı başsağlığı mesajında özünün və həyat yoldaşının Türkiyədə baş verən zəlzələ xəbərindən çox kədərləndiklərini bildirib.
“Mən bu dəhşətli faciələr nəticəsində baş verən ağrı və itkilərin həcmini yalnız təsəvvür edə bilirəm, xüsusilə yaxınlarını itirənlərin ailələrinə səmimi başsağlığımızı çatdırmaq istəyirəm. Düşüncələrimiz və dualarımız bu dəhşətli təbii fəlakətdən zərər çəkmiş bütün insanlarla, eləcə də fövqəladə xidmətlər və xilasetmə işlərində kömək edənlərlədir”, – deyə Çarlz əlavə edib.
Busaat.az























