
Düşünmürəm ki, Putin Ukraynanı tərk edənə qədər münaqişə həll olsun - Bayden
“Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunacağını düşünmürəm”.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Coe Bayden Şimali Afrika və Asiyaya səfər etmək üçün Ağ Evi tərk etməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
“Danışıqlarımın həmişə məhsuldar olduğuna inanıram” –deyə, Bayden Çin prezidenti Si Tsinpinlə görüşünün məhsuldar olub-olmayacağı ilə bağlı suala cavab verib.
Rusiya-Ukrayna müharibəsinin həlli yolunun nə olacağı sualına isə Bayden belə cavab verib: “Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunacağını düşünmürəm”.
Busaat.az























