
DXR, LPR, Zaporojye və Xerson vilayətləri yenidən qurulur - Kreml
DXR, LPR, Zaporojye və Xerson vilayətlərində yenidənqurulma işləri artıq aparılır, lakin bu, Rusiyanın onlar üçün edə biləcəyi ən kiçik işdir.
Busaat.az xəbər verir bu fikirləri Kremlin sözcüsü Dmitri Peskov deyib.
“Yenidənqurma prosesi gedir, lakin bu, ölkənin “yeni regionları” üçün edə biləcəyi işlərin ən kiçik hissəsidir. Ölkənin etməli olduğu maksimum şey “yeni bölgələri” təhlükədən qorumaqdır”, – Peskov bildirib.
“Yeni bölgələr”də yenidənqurma ilə bağlı görülən işlər barədə danışan Peskov deyib: “Orada on minlərlə insan işləyir. Çox böyük səylər göstərilir”.
Busaat.az























