
Efiopiyada fövqəladə vəziyyət elan edilib
Efiopiya federal hökuməti Amhara bölgəsində hərbçilərlə yerli üsyançılar arasında baş verən toqquşmadan sonra fövqəladə vəziyyət elan edib.
Busaat.az xəbər verir ki, bu barədə Reuters agentliyi Efiopiya baş nazirinin ofisinə istinadən məlumat yayıb.
Fövqəladə vəziyyətin yalnız Amhara, yoxsa bütün ölkəyə aid olub-olmaması barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl Associated Press agentliyi Amharada ederal təhlükəsizlik qüvvələri ilə regional üsyançılar arasında toqquşmaların yenidən başladığını bildirmişdi. Döyüşlər əvvəlcə iyulun 30-da Kobo şəhərində başlayıb, daha sonra Debre-Taborda, avqustun 3-də isə isə Qondarda baş verib.
Qeyd edək ki, avqustun 1-də Lalibela hava limanında üsyançı qüvvələrlə federal polis arasında toqquşma olub.
Busaat.az























