Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Əfqan qadınları niyə qara yox, mavi hicab geyinir?

image-in-frankreich-mittlerweile
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ərəb ölkələrində qadınların qara paltar geyinməsinə çoxdan öyrəşmişik. Hicab, niqab və ya burqa.

Ancaq bir istisna var – Əfqanıstan. Bu ölkədə qadınlar sadəcə mavi burqa geyinirlər.

Busaat.az xarici mətbuata istinadən oxucuları əfqan qadınların mavi burqaya üstünlük verməsinin səbəbləri ilə tanış edir. Mavi burqaya üstünlük verən qadınları yalnız Əfqanıstanda deyil, Pakistan, Hindistan və İranda da görmək olar. Lakin nadir hallarda.

Əslində bu rəng coğrafi məna kəsb edir. Qadınlar Kabildə mavi, Əfqanıstanın şimalında ağ, cənubunda isə yaşıl rəngli paltar geyinirdilər. Lakin tədricən mavi digər rəngləri əvəz etməyə başladı.

Ümumiyyətlə, mavi İslam ənənələri ilə çox bağlıdır. Quranda yaşıl müqəddəs rəng hesab olunur, mavi isə pis gözdən qorunmaq üçün istifadə olunur. Bu səbəbdən dünyada mavi məscidlər çoxdur – Misirdə, İranda, Malayziyada, ən məşhuru Türkiyədəki İstanbul Mavi Məscididir. Mavi rəngin qadınları pis gözlərdən qoruduğuna dair inanclar var.

Bundan əlavə, mavi spektrdə yaşıl rəngə yaxındır, bir az da bununla əlaqəli hesab olunur. Yaşıl yuxarıda deyildiyi kimi, İslamda ilahi rəmzi məna daşıyır. Yəni qadınlar üçün mavi burqa yalnız qorunmaq mənasında deyil, qismən ilahi əhəmiyyət kəsb edir.

Ancaq daha bir səbəbi də var. İslamda qadınların geyimlərini araşdıran tədqiqatçı Ketrin Kartvayt-Conson bu nəticəyə gəlib ki, mavi daha çox xoş təsir bağışlaması ilə məşhurdur və bu səbəbdən də insanlar onu geyimdə istifadə etməyi sevir. Dediyinə görə, parlaq mavi digər mədəniyyətlərdə də istifadə olunur, çünki insanlar üçün xoş olan detallarla əlaqələndirilir – göy, dəniz və s. Ehtimal ki, cəlbedici rəng tonu sayəsində mədəniyyətdə də özünə yer tutub.

Ancaq maraqlıdır ki, Əfqanıstanda qadınların mavi geyim ənənəsi yox ola bilər. Yeni nəsil qadınlar qara hicab və niqablara üstünlük verməyə başlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67412