
“Əfqanıstan Prezidenti Qazaxıstanda deyil”
“Əfqanıstan Prezidenti Əşrəf Qani Qazaxıstanda deyil”.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlayıb.
“O Qazaxıstanda deyil”, – deyə A.Smadiyarov bildirib.
Qeyd edək ki, Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün Əfqanıstanı tərk etdiyini elan edib.























