Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 732 $▲0.97%
  • Ethereum1 811 $▲2.41%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Əfqanıstan yenidən qarışır: "Müharibəyə hazır olun" çağırışı edildi

image-hikmetyar-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən həftə Əfqanıstanın paytaxtı Kabildə sui-qəsd cəhdinə məruz qalan Hizbi-İslami Partiyasının lideri Gülbəddin Hikmətyar tərəfdarlarından “yeni müharibəyə hazırlaşmağı” istəyib.

Busaat.az xəbər verir ki, Hikmətyar ötən həftə partiyasının qərargahındakı məsciddə ona qarşı təşkil edilən sui-qəsd cəhdinə toxunub.

Hücum edənlərin ilk təsbitlərə görə Tacikistan vətəndaşı olduqlarının müəyyən edildiyini bildirən Hikmətyar, hücumu hansısa qruplaşmaya aid etməyin hələ tez olduğunu bildirib.

Hikmətyar, hücum edənlərin çantalarında terror təşkilatı İŞİD bayrağının ələ keçirildiyini, lakin bunun əsl günahkarları gizlətmək üçün istifadə oluna biləcəyini bildirib.

“MÜHARİBƏYƏ HAZIR OLUN”

Silahlı mübarizədən əl çəkdiklərini və 2016-cı ildə keçmiş Əfqanıstan hökuməti ilə sülh müqaviləsi imzaladıqlarını ifadə edən Hikmətyar deyib: “Qərarımızı verməliyik. Necə ki, biz iki işğalçıya və onların yadelli əlaltılarına qarşı vuruşmuşuq. Hizbi-İslami tərəfdarlarından yeni müharibə və mübarizəyə hazırlaşmağı xahiş edirik”.

Hikmətyar hansı qruplaşmaya qarşı mübarizə aparacaqları barədə dəqiq açıqlama verməyib.

1996-1997-ci illərdə baş nazir vəzifəsini də icra edən Hikmətyar 1996-cı ildə Taliban ölkədəki gücünü artırdıqdan sonra Kabili tərk etməli olub.

15 avqust 2021-ci ildə Talibanın Kabili ələ keçirməsi ilə bir çox lider ölkəni tərk edib, Hikmətyar isə Kabildə qalmağa üstünlük verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93626