
Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: 2 pilot həlak oldu
Əfqanıstanın şimalında hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə Talibanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, Əfqanıstanın şimalındakı Bəlx vilayətinin mərkəzindən Məzari-Şərifdən Samanqan əyalətinə gedən MD-530 tipli hərbi helikopter səhər saatlarında qəsəbə yaxınlığında qəzaya uğrayıb.
Açıqlamada helikopterin elektrik dirəyi ilə toqquşması nəticəsində qəzaya uğradığı, hadisənin təfərrüatlarının araşdırıldığı bildirilib.
2022-ci ilin sentyabrında da paytaxt Kabildə təlim uçuşu zamanı helikopter qəzaya uğramış və 3 nəfər həyatını itirmişdi.
2021-ci ilin avqustunda Talibanın Əfqanıstan administrasiyasına gəldiyi dövrdə həm əvvəlki Əfqanıstan hökuməti, həm də ABŞ-nin çıxdığı bazalardakı bütün hərbi maşınlar, o cümlədən vertolyotlar Taliban administrasiyasına qalmışdı.
Taliban rəhbərliyi texniki çatışmazlıqları aradan qaldıraraq sözügedən hərbi maşınları təmir edib istifadə etməyə çalışır.
Busaat.az























