Əfqanıstanda öldürülən Taliban rəsmisinin dəfn mərasimində partlayış: 11 ölü

image-talibanbackend

Əfqanıstanın Bədəxşan əyalətində iki gün əvvəl törədilən bombalı hücum nəticəsində həyatını itirən Bədəxşan valisinin müavini və qubernator müavini Mövləvi Nisar Əhməd Əhmədinin dəfn mərasimində baş verən partlayışda 11 nəfər həyatını itirib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor verdiyi açıqlamada, ilkin məlumata görə, partlayış nəticəsində 11 nəfərin həyatını itirdiyini, 30-dan çox insanın isə yaralandığını bildirib.

Bədəxşan əyalətinin mədəniyyət və informasiya direktoru Məzuddin Əhmədi bildirib ki, ölənlər arasında Bağlan vilayətinin keçmiş polis rəisi Səfiullah Samim də var.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bədəxşan qubernatorunun müavini və qubernator vəzifəsini icra edən Mövləvi Nisar Əhməd Əhmədi çərşənbə axşamı günü Feyzabadda bombalı hücum nəticəsində həlak olub. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90