Səfir: “Nümayəndələr  öhdəliklərini yerinə yetirsə, Rusiya gələcəkdə Taliban hökumətini tanıya bilər”

image-zamir-kabulovbackend

Rusiya gələcəkdə müvəqqəti Taliban hökumətini tanıya bilər, lakin onun nümayəndələri öz öhdəliklərini yerinə yetirməklə bunu qazanmalıdırlar.

Busaat.az xəbər verir ki, bu barədə rusiyalı diplomat Zamir Kabulov bildirib.

“Taliban bu tanınmağı qazanmalı olacaq. Yəni, onlar etnosiyasi inklüziv hökumət çağırışına cavab verməyə hazır olduqlarını əməldə nümayiş etdirməlidirlər. Əgər onlar bu addımı atsalar, bu, Rusiyanın potensial olaraq Taliban rejimini tanımasına zəmin yaradacaq”, – rusiyalı diplomat qeyd edib.

“Müvəqqəti işlər vəkili hazırda Əfqanıstanın Moskvadakı səfirliyinə rəhbərlik edir. Çünki Rusiya səfiri qəbul edə bilmir. Buna səbəb Moskvanın Taliban hökumətini tanımamasıdır”, – Kabulov izah edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90