
Əfqanıstandan daha 650 nəfər təxliyə olundu
Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə 650 nəfəri Əfqanıstandan təxliyə edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Skott Morrison KİV-nə verdiyi müsahibəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, bununla da Avstraliya hökuməti tərəfindən Əfqanıstandan təxliyə edilənlərin ümumi sayı 1700-ə çatıb.
Avstraliyanın Müdafiə Nazirliyinin məlumatına görə isə, Əfqanıstandan təxliyə olunan şəxslər ölkənin Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirliyindəki bazasında yerləşdirilib.
Həmçinin, qeyd olunur ki, təxliyə olunanlardan yalnız 270-dən bir qədər çoxu buradan Melburn şəhərinə köçürülüb.























