
Əfqanıstandan təxliyyə edilən türk hərbçilər Ankarada - Video
Türkiyə Silahlı Qüvvətlərinin hərbçilərini daşıyan təyyarə Ankaraya çatıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.
Məlumata əsasən, türk hərbçiləri Əfqanıstandan təxliyyə edən ilk təyyarə Bakı vaxtı ilə 12:45-də Ankaranın Esenboğa hava limanında eniş edib.
Qeyd edək ki, Türkiyə mövcud vəziyyət və şərtləri dəyərləndirərək Türkiyə Silahlı Qüvvələrinin əsgərlərini Əfqanıstandan təxliyyə etmək qərarına gəlib.























