
Taliban Türkiyəyə sentyabrın 1-nə kimi vaxt verdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə olƏfqanıstanı növbəti dəfə satdılar… Əfqan xalqı yenə də qaranlıq “tunel”ə girir… Bəs bu ölkədəki Azərbaycan sülhməramlılarının taleyi necə olacaq? SSRİ adlı gorbagor ölkə 20-ci əsrdə dəfələrlə Əfqanıstanda çevrilişlər etmişdi, sonra da ora qoşun yeritdi, daha sonra (1989-cu ildə) isə oranı biabırçı şəkildə tərk etmək məcburiyyətində qaldı.
Sovet qoşunları ordan çıxar-çıxmaz, ABŞ önə keçdi, bu ölkədə öz əlaltılarını (Rəbbanini, Hikmətiyarı, daha sonra Molla Ömərin başçılıq etdiyi “Taliban”ı) hakimiyyətə gətirdi. Sonra ABŞ öz əlaltılarının hamısını siyasi səhnədən qovdu və Əfqanıstana qoşun yeritdi. Daha doğrusu, koalisiya (müttəfiq) ölkələri ilə birlikdə Əfqanıstanı işğal etdi.
Və son 20 il ərzində ABŞ Əfqanıstanda qalmaq üçün 1 trilyondan çox pul xərcləyib.
ABŞ-ın bu 20 il ərzində ən böyük “nailiyyət”i Əfqanıstanı dünyanın 1 nömrəli narkotik istehsalçısı olan bir ölkəyə çevirməsi olub. Əfqanıstan son illərdə dünyada yeganə ölkə idi ki, burada narkotik plantasiyaları açıq şəkildə mövcud idi. ABŞ burada hakimiyyətə gətirdiyi oyuncaq prezidentlərlə (Həmid Kərzay, Əşrəf Qəni) ortaq narkotik biznesi və başqa bizneslər qurmuşdu…























