
Əfqanların son ümidi: "Əfsanəvi komandir"in oğlu ölkəyə gəldi - FOTO
Prezident Əşrəf Qaninin istefa verib ölkədən qaçmasının ardından Əfqanıstana gələn Saleh, özünü hətta müvəqqəti prezident adlandırıb. “Əfsanəvi komandir”in oğlu Kabildən 160 km məsafədə olan Pencşir vilayətində Talibana qarşı mübarizə aparacağını, Talibana təslim olmayacaqlarını açıqlayıb.
Saleh Twitter hesabında etdiyi yazılı açıqlamasında bu sözləri qeyd edib:
“Mənə inana milyonları məyus etməyəcəyəm. Heç vaxt Talibanla eyni dam altında olmayacam. Əsla.”
Bu gün yayımlanan görüntülərdə, silahlı mühafizəçilərin müşayiəti ilə Salehin Əfqanıstan Hərbi Hava Qüvvələrinin Mi-17 sovet istehsalı bir vertolyotuna mindiyi görünür. Sözügedən bölgə 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı uzun müddət Talibanla mübarizə aparmış, təslim olmamışdır.
























