Ehtiyatsızlıqdan operatoru öldürən aktyor yenidən məhkəmə qarşısına çıxarılır

image-akty77backend

Amerikalı aktyor Alek Bolduin oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı onun açdığı atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə ilk dəfə danışıb.

Busaat.az xəbər verir ki, amerikalı aktyor Alec Balduin çəkiliş meydançasında atdığı güllə ilə kinooperator Qalina Xatçinsi öldürməsi səbəbi ilə yenidən “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı ilə hakim qarşısına çıxarılıb.

ABŞ-ın Nyu-Meksiko ştatının məhkəməsi aktyoru “Rust” (“Pas”) filminin çəkilişləri zamanı ölümlə nəticələnən hadisəyə görə yeni ittiham edib.

Emmi mükafatlı aktyora qarşı əvvəlki ittihamlar 2023-cü ilin aprelində, cinayət mühakiməsinin başlamasına cəmi iki həftə qalmış ləğv edilmişdi.

Lakin prokurorları hadisədə istifadə edilən silahı yenidən məhkəmə-tibbi ekspertizasına göndəriblər.

Qeyd edək ki, hadisə 2021-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında, Santa Fe şəhəri yaxınlarında çəkiliş meydançasında baş verib.APA

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90