
Əks-hücuma hazırlaşmaq üçün Ukraynaya bir az daha çox vaxt lazımdır – Zelenski
Ukrayna ordusuna əks-hücuma hazırlaşmaq üçün bir az daha çox vaxt lazımdır.
Busaat.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski BBC də daxil olmaqla Avropa mediasına müsahibəsində deyib.
“Artıq əlimizdə olanlarla biz irəli gedə bilərik və məncə, uğurlu ola bilərik. Amma biz çox insan itirə bilərik. Ona görə də gözləmək lazımdır. Hələ bir az daha vaxta ehtiyacımız var”, – Zelenski bildirib.
Zelenski həmçinin bəyan edib ki, sülh danışıqlarının mümkün qədər tez başlamasını tələb edənlər Ukraynanı öz ərazilərini təslim etməyə məcbur edə bilməzlər. O qeyd edib ki, Kiyev 2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək növbəti prezident seçkilərindən sonra Vaşinqtonun dəstəyini itirməkdən qorxmur, həm demokratlar, həm də respublikaçılar Ukraynanın müttəfiqləridir.
Busaat.az























