Ekvadorda əl qumbarasının partlaması nəticəsində 4 nəfər ölüb

image-qumbarabackend

Cənubi Amerika ölkəsi Ekvadorun şimalında əl qumbarasının partlaması nəticəsində 4 nəfər ölüb, 2-si isə ağır yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, Santo Dominqo de los Tsaçilas ştatında evə basqın edən 6 nəfər hadisə yerindən qaçarkən avtomobildə unutduqları əl qumbarası partlayıb. Nəticədə maşında olan 6 nəfərdən 4-ü hadisə yerində ölüb, 2-si isə ağır yaralanıb.

Təhlükəsizlik kamerası görüntülərində bir evə atəş açan silahlıların bir müddət sonra avtomobilə mindiyi, ancaq bir neçə metr sonra avtomobilin partladığı görünür.

Ekvador mətbuatında çıxan xəbərdə hadisənin sentyabrın 4-də baş verdiyi paylaşılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90