Əl-Qaidədən Dünya Çempionatına TƏHLÜKƏ – ”Pornoqrafiyanı canlandırmaq və homoseksuallığı…”

image-al-qaeda-muslimsbackend

Əl-Qaidə terror təşkilatı Qətərdə keçirilən dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandıraraq dünyaın ən mühüm futbol tədbiri üçün Qətərə gedənləri daşqalaq etməyə çağırıb.

Busaat.az xəbər verir ki, Əl-Qaidə Qətərdə keçirilən dünya çempionatı ilə bağlı təhdidlər səsləndirərək tərəfdarlarını matçlara baxmağa gedənləri daşqalaq etməyə çağırıb.

Terror təşkilatı iddia edib ki, dünya çempionatının məqsədi müsəlmanların dəyərini məhv etməkdir və bu səbəbdən tərəfdarlarını dünya çempionatına qarşı cihada çağırıb.

“Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur.Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır.Müsəlmanlar daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər” – deyə, təşkilatın açıqlamasında qeyd olunub.

Əl-Qaidə Qərbin Dünya Kuboku ilə müsəlman dünyasındakı mədəni işğalını davam etdirdiyini iddia edib: “Pornoqrafiyanı canlandırmaq və homoseksuallığı normallaşdırmaq onların ən böyük hədəfidir. Buna icazə verən Yaxın Şərq ölkələri də məsuliyyət daşıyır”.

Qeyd edək ki, Əl-Qaida daha əvvəl də müsəlmanları dünya çempionatını baykot etməyə çağırıb.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki