Elbəy Allahverdiyev jurnalistləri MTN generalının məhkəməsinə buraxmadı

image-mtnbackend

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Busaat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə iclasına jurnalistlər buraxılmayıb. İclasa sədrlik edən hakim Elbəy Allahverdiyev prosesin qapalı keçirildiyini bildirərək media nümayəndələrinin zala buraxılmaması ilə bağlı göstəriş verib.

Sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90