Əlcəzairdən Fransaya: Biz bazarlıq etmədən və güzəştə getmədən irəliləyəcəyik – İCMAL

image-92916234-1652801463backend

Fransayla müstəmləkə dövrü (1830-1962) sənədləri ilə bağlı danışıqlarda heç bir güzəştlər olmadan irəliləyiş əldə edəcəyimizə ümid edirik.

Busaat.az xəbər verir ki, bunu Əlcəzair Prezidenti Abdelmadjid Tebbun deyib.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun 1945-ci il mayın 8-də Fransanın 45 min əlcəzairli nümayişçini qətlə yetirdiyi hadisələrin 78-ci ildönümü münasibətilə mesaj verib.

Dövlətin Əlcəzair xalqının verdiyi böyük fədakarlıqlara qarşı üzərinə düşən vəzifəni yerinə yetirdiyini bildirən Tebbun keçmişi və milli yaddaş sənədlərini heç bir sövdələşmə və güzəştə getmədən tam şəffaflıq və bütövlüklə yoluna qoymağa qərarlı olduqlarını bildirib.

Yaxın gələcəkdə bu mövzuda irəliləyiş əldə edəcəyinə ümid etdiklərini ifadə edən Tebbun nüvə sınaqları və itkin düşmüş şəxslərin sənədləri də daxil olmaqla, bütün məsələlərin araşdırılması üçün Fransa ilə birgə yaradılan komitəyə verilən işin vacib olduğunu vurğulayıb.

Əlcəzair xalqının hüquqlarının müdafiəsində qətiyyətlə irəlilədiklərini ifadə etdiklərini xatırladan Tebbun tarix və milli yaddaş məsələsini cəsarət və ədalətlə həll etmək üçün səylərini gücləndirdiklərini söyləyib.

Fransa prezidenti Emmanuel Makron və Əlcəzair prezidenti Tebbun daha əvvəl müstəmləkə dövrünə aid mürəkkəb məsələləri və sənədləri araşdırmaq üçün hər ölkədən 5 nəfər olmaqla 10 nəfərdən ibarət müştərək komitənin yaradıldığını açıqlamışdı.

MİLLİ YADDAŞ SƏNƏDLƏRİ

Prezident Tebbun iki il əvvəl Milli Xatirə Günü münasibətilə verdiyi bəyanatda, Fransanın müstəmləkə dövründə (1830-1962) etdiyi cinayətlərinə görə üzr istəməsini tələb etdiyini təkrarlayıb.

Afrika qitəsində Fransanın müstəmləkə tarixinin ən aktual və ən qanlı nümunəsini təmsil edən Əlcəzair müstəqillik mübarizəsinə 1954-cü ildə başlayıb.

Əlcəzair 8 il davam edən müstəqillik mübarizəsi ilə bu davanın ən ağır bədəlini ödəyən ölkələrdən biri kimi qəbul edilərkən, yaşanan böyük ağrı Fransadan geri çəkilərkən tarixə “qara ləkə” kimi yazılıb.

Ölkədəki qeyri-insani müharibə illərində təxminən 1,5 milyon Əlcəzairli həyatını itirib, milyonlarla insan isə didərgin düşüb.

Eyni zamanda, Fransanın 1960-1966-cı illər arasında Əlcəzair səhrasında 4-ü yerin üstündə, 13-ü yeraltı olmaqla ən azı 17 nüvə sınağı keçirdiyi bildirilir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki