Polis əməkdaşını döydüyü üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Eldəniz Quliyev zərərçəkmiş şəxslə barışıb.
Busaat.az-ın Musavat.com-a istinadən məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyev onu döyən sabiq deputat Eldəniz Səlimovu bağışlayıb.
Tərəflər barışdığı üçün məhkəmə bunu cəza təyin edən zaman yüngülləşdirici hal kimi nəzərə alıb.
Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimov polis leytenantı Zaur Mirzəyevin xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərini özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Bundan sonra Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib. Hökm qanuni qüvvəyə mindikdən sonra onun deputat səlahiyyətlərinə də xitam veriləcək.
Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın…
Xəbər verildiyi kimi, ölkəmizdə “Opera günləri” layihəsi keçirilib. Layihə çərçivəsində bir sıra tədbirlər baş tutub. Bağlanış mərasimi Dənizkənarı milli parkda…
Tanınmış texnobloger və aparıcı Valid Fərmanoğlu (TEXNOBRO), TikTok hesabında yayımladığı videoda populyar onlayn alış-veriş platforması Temu ilə bağlı şəxsi…
Moskvada ali məktəblərə, əsasən də “Moskva Humanitar İnstitutu”na qəbul davam edir. Əyani təhsil aldığınız müddətdə, siz ölkənizdə oxuduğunuz müddət üçün hərbi…
Sənədsiz evdə yaşayırsınızsa, bu sizin hüququnuzun olmadığı anlamına gəlməz Azərbaycan qanunvericiliyində müəyyən hallarda mülkiyyət hüququnun faktiki…