Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.59 $▼4.20%
  • WTI neft82.47 $▼2.68%
  • Avropa qazı (TTF)80.59 €▼5.72%
  • Təbii qaz (ABŞ)3.299 $▲4.33%
  • Qızıl3 742 $▼1.18%
  • Gümüş44.84 $▼2.13%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.50 ¢▼2.77%
  • Bitcoin62 449 $▼3.74%
  • Ethereum1 740 $▼4.52%
  • S&P 5007 303▼0.52%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Gündəm

Əli Əsədov karantinlə bağlı qərar imzaladı

image-1642851276-750-450
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”na dəyişiklik edilib.

Busaat.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin qaydaların 4.6-cı bəndi ləğv edilir. 4.6-cı bəndə görə, yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi.

Eyni zamanda qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.

 

Bu Qərar 2022-ci il yanvarın 24-dən qüvvəyə minir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=69270