“Əli Həsənovun FETO ilə birbaşa əlaqələri olub” – Mehman Əliyev

“Əli Həsənovun FETO ilə birbaşa əlaqələri olub” – Mehman Əliyevbackend
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu mənada Türkiyə mətbuatında Əli Həsənovla dərc edilən məlumatları təsdiqləyib:
“Əli Həsənovun FETÖ ilə əlaqəli olması mümkündür. O, “Samanyolu” TV-nin bazasında XəzərTV-ni yaratdı və belədə faktiki birincinin bütün avadanlıq və digər mülklərini ələ keçirdi. Radioda da eyni addımı atıb. Onun yaratdığı tədris mərkəzləri də FETÖ-nün tədris bazasına bağlı idi, bu baza əsasında yaradılmışdı. Yəni bir sözlə, Əli Həsənovun FETÖ ilə sıx əlaqəsi olub. Onların keçirdiyi konfranslar, toplantıların hamısında iştirak edib. Bir sözlə, həmin şəxsin sözügedən təşkilatla əlaqələri olub. Özü də bu əlaqələr birbaşa olub. Yəni burada maddi əlaqə və maraqlar göz qabağındadır. Dövlət strukturlarının da bundan xəbərləri var”.
Sfera.az
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90