Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 787 $▲0.07%
  • Ethereum2 242 $▲0.27%
  • S&P 5007 377▲0.27%
17°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

"Əlilliklə bağlı əlçatan mexanizmlərin tətbiqi vacibdir" - Deputat rəyi

image-1596525612_elil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əlillərin inkluziv məşğulluğu ilə bağlı mexanizmlərin hazırlanması zəruridir”.

Busaat.az xəbər verir ki, bunu əllillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı  qanun layihəsini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.

Deputata görə, əlillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı daha əlçatan mexanizmlərə ehtiyac var:

“Əliliyin təyinatının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq sağlamlıq imkanlarının məhdudluq səviyyəsinin müəyyənləşdirilməsi prioritet məsələlərdəndir. Azərbaycanda əlillərin ümumi əhali sayında payı qonşu ölkələr ilə müqayisədə daha azdır. Əhalimizin 6.4 faizi əlillik statusuna malik olduğu halda bu göstərici Gürcüstanda 12.3 %,  Türkiyədə 10,4 %, Rusiyada 8 faiz, İran da isə 15 faizdir. Əlil insanların ümumi əhali sayına nisbəti Avropa Birliyinə üzv olan ölkələrdə 6-10 faiz intervalında dəyişir,  ABŞ-da isə 25 faiz əhali hansısa formada əlilik dərəcəsinə malikdir və bunların da bir qismi yaşa görə əlillikdir. Seçilmiş ölkələr üzrə statistikanın təhlili göstərir ki, Azərbaycanda əlillik statusu olan insanların ümumi əhali sayında nisbəti yüksək deyil və bu baxımdan da əlil olub, amma status almaqda çətinlik çəkən vətəndaşlarımız üçün daha əlçatan mexanizmlərin tətbiqi vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, əlavə araşdırma üçün baxılma müddətinin 50 faiz artırılması uzun müddətdir və müraciətlər daha qısa zamanda cavablandırılmalıdır:

““Əlilliyi olan şəxslərin  hüquqları haqqında” qanunun 3.1. maddəsində əlliyin müəyyən edilməsi müddəti göndəriş elektron sistemə daxil olunduqdan sonra 10 gün və əlavə araşdırmalar tələb olunarsa, o zaman 15 gün müəyyənləşdirilib. Burada qaranlıq məqam 10 iş gününün, yoxsa sadəcə 10 günün nəzərdə tutulması ilə bağlıdır. Məsələn, vətəndaş Novruz Bayramlarından 1 gün öncə müraciət etsə və bir həftədən çox qeyri-iş günləri olarsa o zaman onun müraciətinə 10 gün ərzində cavab veriləcəkmi? Bu müddətlərə baxılıb azaldılması daha məqsədəuyğun olardı”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49517