
Elon Mask tərəfini seçdi: Kimə dəstək verəcək?
SpaceX və Twitter-in sahibi Elon Mask ABŞ Konqresinin Nümayəndələr Palatasında davam edən sədr seçkilərində Respublikaçıların lideri Kevin Makkartini dəstəkləyib.
Busaat.az xəbər verir ki, Elon Mask ABŞ-da günlərdir seçilməyən Nümayəndələr Palatasının sədrliyi ilə bağlı da açıqlama verib.
Tvitterdəki yazısında Mask Nümayəndələr Palatasının sədrliyi mövzusunda öz tərəfini açıq şəkildə göstərib: “Kevin Makkarti spiker olmalıdır”.
Mask gün ərzində bir sorğu təşkil edib və onu siyasi mövzulara girib-girməməsi lazım olub-olmadığını təqibçilərinin qiymətləndirməsinə açıb. Saatlar ərzində 595 mindən çox şəxsin iştirak etdiyi sorğuda iştirakçıların 57,2 faizi Twitter sahibinin siyasətlə məşğul olmasına səs verib: “Elon Mask ayaqlarını sıxmağa davam etməlidir”.
Busaat.az























