Elon Mask Vaşinqtonu VURDU: “ABŞ-nin defolt olması zaman məsələsidir”

image-ilon-maskbackend

ABŞ nə vaxtsa borcunu ödəməyə məcburdur.

Busaat.az xəbər verir ki, bunu Amerikalı iş adamı Elon Mask deyib.

“Federal xərcləri nəzərə alsaq, defolt etməyimiz an məsələdir”, – Mask Twitter-də yazıb.

ABŞ administrasiyası bu yaxınlarda Konqresi 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş maksimum borc həddini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar ənənəvi olaraq daha böyük borclara icazə verməyə şübhə ilə yanaşır və dövlət xərclərini azaltmağa çalışırlar.

ABŞ Maliyyə Naziri Janet Yellen daha əvvəl demişdi ki, agentlik ölkənin borc maksimumuna çatdıqdan sonra defoltun qarşısını almaq üçün “fövqəladə tədbirlər” görməlidir. Rəsmi bildirib ki, tədbirlər iyun ayına qədər hesabları ödəməyə imkan verməlidir.

ABŞ prezidenti Co Bayden 2021-ci ilin sonunda borc tavanını 2,5 trilyon dollar artıraraq 31,4 trilyon dollara yüksəltməklə potensial defoltun qarşısını alan qanun layihəsini imzalayıb. Yellen o zaman demişdi ki, qanun layihəsi federal hökumət üçün vəsait çatışmazlığının qarşısını alır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki