Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Elon Maskın xarici ölkələrlə əməkdaşlığı araşdırıla bilər - Bayden

image-bayden
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 “Düşünürəm ki, Elon Maskın digər ölkələrlə əməkdaşlığı və texniki əlaqələri araşdırılmağa dəyər”.

Busaat.az xəbər verir ki, bunu ABŞ prezidenti Coe Bayden deyib.

Mask oktyabrın 28-də Twitter-i 44 milyard dollara satın aldığını və prosesin tamamlandığını açıqlayıb.Alqı-satqı prosesində xarici ölkələrin də iştirak etdiyi və Səudiyyə Ərəbistanının sərvət fondunun da prosesə cəlb edildiyi bildirilib. Digər tərəfdən, Maskdan sonra Twitter-in ən böyük səhmdarının Səudiyyə Ərəbistanın Kral Holdinq Şirkəti (Royal Holding Company) və Səudiyyə şahzadəsi Valid bin Təlalın Şəxsi Ofisi olması diqqət çəkib. Valid bin Talalın rəhbərlik etdiyi sərvət fondu Royal Holding Company-nin 17 faizinə sahibdir.

Washington Post qəzeti keçən həftə ABŞ Maliyyə Nazirliyinin rəsmiləri ilə əlaqə saxladıqlarını bildirib. Qeyd edilib ki, rəsmilərə Twitter-in yeni idarəetmə strukturu və Maskın xarici investorlarla hansı şərtlərdə razılaşdığı barədə sual verilib.

The Washington Post, Valid bin Təlalın, Qətərin sərvət fondunun törəmə şirkətinin və Çində yerləşən kriptovalyuta şirkəti Binance-nin Twitter-də sərmayələri olduğunu bildirib. Bu sərmayələrin istifadəçilərin şəxsi məlumatlarına giriş baxımından nə kimi dəyişikliklərə səbəb olacağı müzakirə mövzusu olub. .

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90332