Tesla və SpaceX-in baş direktoru Elon Mask Twitter-i aldıqdan sonra daha bir qəribə hadisəyə imza atıb. Mask iti Flokini sosial media platformasının başına gətirib.
Twitter-in “böyük enişlər” yaşadığını bildirən Mask BBC-yə verdiyi müsahibədə “işdən çıxarmalara görə rəsmi olaraq məsuliyyət daşımaqdan yorulduğunu” söyləyib.
“Mən geri çəkildim. Mən sizə deyirəm ki, mən Twitter-in baş direktoru deyiləm, Twitter-in baş direktoru mənim itimdir”, – Mask deyib. Mask minlərlə insanın işdən çıxarılmasını “Twitter öləcəkdi” ifadəsi ilə müdafiə edib.
Mask, həmçinin Twitter-in iqtisadi tənəzzülə uğradığını və sosial media platformasının “dörd aylıq ömrünün” qaldığını bildirib.
Busaat.az