Elzanın radar borcu 5500-ü ötdü, maşını əlindən alındı

Elzanın radar borcu 5500-ü ötdü, maşını əlindən alındıbackend

Əməkdar artist Elza Seyidcahan cərimələrinin 5500 manata çatdığını deyib.

Busaat.az xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan “Bizimləsən” proqramında qonaq olarkən yol hərəkəti qaydalarını pozduğu üçün cərimələndiyini deyib. O, “radar”a çox düşdüyünü, cərimələrinin üst-üstə yığıldığını deyib:

“Proqrama taksi ilə gəlmişəm. Avtomobilim cərimə meydançasındadır. Tıxaclarda oluruq, dövlət tədbirləri, konsertlərə çatmaq istəyirik. O zaman polis əməkdaşları bizə kömək göstərir. Lakin “radar” bizə güzəşt etmir, yazır. Sığortaya da getməmişəm, faizlər gəlib. 5500 manat cəriməm yığılıb, 3 min AZN ödəmişəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90