“Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”- Müdafiə Nazirliyi

“Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”- Müdafiə Nazirliyibackend

“Hazırda əməliyyat bölgəsində əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Ali Baş Komandanın göstərmiş olduğu qətiyyətli mövqe ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb:

“Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90