
Əminə Ərdoğan başsağlığı verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Bartının Amasra mahalındakı mədən ocağında baş verən partlayış nəticəsində dünyasını dəyişən işçilərə Allahdan rəhmət, yararlılara şəfa diləyib.
Busaat.az xəbər verir ki, bu barədə Əminə Ərdoğan rəsmi sosial media hesablarında paylaşım edib.
“Bartında, mədən ocağında meydana gələn partlayış xəbəriylə üzüldük. Dağıntılar altında köməksiz qalan işçilərimizin sağ salamat ailələrinə qovuşması tək diləyimdir. Vəfat edən işçi qardaşlarımıza Rəbbimdən rəhmət, yaralılara acil şəfa diləyirəm” –deyə, paylaşımda qeyd olunub.
Busaat.az























