Türkiyənin birinci xanımı Əminə Ərdoğan sığınacaqdan himayəyə götürdüyü “Ləbləbi” adlı itin görüntülərini sosial şəbəkədə paylaşıb.
Busaat.az xəbər verir ki, şəkillərdə Ankaradakı Prezident Sarayında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, xanımı və sözügedən heyvan yer alıb.
Ə. Ərdoğan paylaşıma “Bu səhər Prezidentimizi “Ləbləbi” ilə yola saldıq”,- rəyini yazıb.