
Əminəm ki, biz Ankaraya F-16 qırıcılarını sata biləcəyik - Bayden
ABŞ prezidenti Co Bayden ABŞ-nin Türkiyəyə F-16 qırıcılarının satışını başa çatdıracağına əmindir.
Busaat.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində məlumat verib.
Əminəm ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə davam edəcək və əminəm ki, biz Ankaraya F-16 qırıcılarını sata biləcəyik.
Bundan əvvəl Türkiyə ABŞ-dən 40 ədəd F-16 qırıcısı istəyib. ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Konqresin bəzi üzvləri Türkiyəni bu cür tədarükləri Ankaranın İsveçin NATO-ya qəbulu üçün zəruri olan addımları ilə əlaqələndirməyə çağırır.
Xatırladaq ki, bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ən qısa zamanda ratifikasiya etmək üçün parlamentə təqdim etməyə razılaşıb.
Busaat.az























