Əmir Ağayev də millimizə qoşulmayacaq

Əmir Ağayev də millimizə qoşulmayacaqbackend

Xəbər verdiyimiz kimi, AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

Busaat.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

Millimizin təlim-məşq toplanışına artıq avqustun 27-də start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizə qoşulmayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90