“Şəhidlik ən ali, ən uca zirvə, ən şərəfli ölüm… Təbiidir ki, bir ölkədə müharibə, terror aktları baş verirsə, öz qanı, canıyla Vətəni qoruyan igidlər də olmalıdır. Dünyada ən şirin şey ömürdür deyirlər, bu igidlər Allahın onlara pay verdiyi ömürdən keçirlər vətən uğrunda, torpaq uğrunda. Kimisi üçün bu torpaq adi bir şey, belə şəxslər üçün isə Vətəndir, namusdur. Məhəmməd peyğəmbər (s.ə.s) şəhidlər haqqında: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”- demişdir.
Ölkəmizin qədim dövrdən bu günə qədər çəkdiyi əzabların qisasını öz qanlarıyla alan oğullar hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olmalıdır. Son dövrlərdə ölkəmizin başına gətirilən müsibətlər yenə neçə gəncin, igidin həyatına son qoydu, onları ən yüksək zirvəyə yüksəltdi. 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə başladı. Azərbaycanın Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi.
Azərbaycan Baş Prokurorluğu həmin gün, yəni sentyabrın 9-da Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinin iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutululması nəticəsində Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən həyatını itirdiyini bildirdi.
Həmin gün Baş Prokurorluq həm də Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan ekskovator operatoru 1992-ci il təvəllüdlü Həsənov Mehman Fikrət oğlunun yaralandığını qeyd elədi. Şəhid xəbərləri ilə yanaşı bir xəbər də son vaxtlar gündəmdə idi. Antiterror əməliyyatı zamanı şəhid xəbəri yayılan XTQ-nin 28 yaşlı zabiti, baş leytenant Ağayev Rəsul Avtandil oğlu 3 günlük axtarışlardan sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb. Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapmayıblar… Yaralı Rəsul sürünərək yerini dəyişibmiş.
Qeyd edim ki, Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev ailəlidir, iki övladı var.
Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunsa da sentyabrın 21-də də Dağlıq Qarabağda atəş davam elədi. Dağlıq Qarabağın İnformasiya Qərargahı sentyabrın 21-də səhər saat 12:00 radələrində Xankəndi şəhərinin atəşə tutulduğunu bildirdi.Həmin gün DQR-in insan hüquqları üzrə ombudsmanı Artaq Beqralyan Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Həsənriz (Aterq) yaşayış məntəqəsini (əvvəl Ağdərə rayonu) atəşə tutması nəticəsində bir dinc insanın öldüyünü bildirdi”.
Rzayeva Tünzalə Ülfət qızı, Bakı Qızlar Universiteti