
Ərdoğan Azov komandirlərinin təhvil verilməsini Putinlə müzakirə etmək istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə qarşıdakı görüşdə bir neçə gün əvvəl Ukraynaya təhvil verilən Azov komandirlərinin məsələsini müzakirə etmək istədiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Ərdoğan Azov komandirlərinin müvafiq tələb olduğu üçün Ukraynaya təhvil verildiyini və tələbin ödənilməsini məqsədəuyğun hesab etdiklərini bildirib.
Ərdoğan qeyd edib ki, Rusiya əvvəlcə Türkiyə ilə bağlı müəyyən açıqlamalar verib, lakin Türkiyə tərəfi aydınlıq gətirəndən sonra proses dəyişib.
Türkiyə prezidenti avqustda Putinlə görüşdə bu məsələni müzakirə etmək istədiyini vurğulayıb.
Busaat.az























