Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.00 $▼3.75%
  • WTI neft83.04 $▼2.01%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.240 $▲2.47%
  • Qızıl3 772 $▼0.40%
  • Gümüş45.14 $▼1.46%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin63 752 $▼1.73%
  • Ethereum1 778 $▼2.44%
  • S&P 5007 358▲0.24%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ərdoğan Baydenə CAVAB VERDİ – İnsan içinə çıxa bilməyəcəklər / VİDEO

image-1405105
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Co Badenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibət bildirib.

Busaat.az xəbər verir ki, Ərdoğan Baydenin bəyanatını tarixi, hüquqi əsası olamayan ifadələr toplusu adlandırıb.
“ABŞ prezidenti Baydenin 24 aprel günün yayımladığı bəyanat coğrafiyamızda bir əsrdən uzun müddət öncə yaşanan kədərli hadisələrlə bağlı haqsız ifadələr işlədib. Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər fərdi kimi bizi də dərindən kədərləndirib. Bu ifadələrin radikal ermeni düşərgəsinin və Türkiyə əleyhinə qüvvələrin təzyiqi ilə mətnə salındığını düşünürük”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə tarixdə yaşanan kədərli hadisələrin yarışdırılması kimi anlayışları doğru hesab etmir: “Belə bir yarışa girəcəklərsə, alnı ağ, vicdanı təmiz çıxacaq tək dövlətin biz olacağımızı xatırlatmaq istəyirəm. Bizə soyqırım ittihamını irəli sürən dairələrin hamısı insan içinə çıxa bilməyəcək hala gələcək. Son əsrin ən böyük mülki itkiləri, köçləri bizim vətənimizdə olub. Osmanlının Balkanlardakı, Qafqazlardakı torpaqlarında yaşayan 10 milyon əhalisindən yarısı ölüm, yarısı sürgün ağrıları yaşayıb. Bunu şəxsən qərbli tarixçilər ifadə edir. Bu 10 milyon insanla əlaqəli nə silahlı qruplaşma şəkili, nə də ardında qalan qan izləri görməyəcəksiniz, tapmayacaqsınız”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=44904