Ərdoğan-Bin Zayed görüşü Körfəzdə geniş əks-səda doğurdu: Yeni dövrün başlanğıcı

image-1637847539_thumbs_b_c_f0f0439e19b243767954747086d093fdbackend

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) mətbuatı Bin Ziyadın Ankara səfərinin Türkiyə-Ərəb münasibətlərində yeni dövrün başlanğıcı olduğu yazır.

Busaat.az  “anadolu”ya istinadən xəbər verir ki, BƏƏ-də yayımlanan gündəlik qəzetlər prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə şahzadə Bin Zayedin dünən Türkiyəyə etdiyi səfərlə bağlı manşetlərə yer verib.

 

Dünənki səfərin üz qabığını “BƏƏ və Türkiyə… Perspektivli əlaqələr” başlığı ilə açan “Əl-İttihad” qəzeti iki ölkə arasındakı münasibətlərdə sülh və sabitliyə əsaslanan əməkdaşlıq və birgə iş üçün yeni üfüqlərin yarandığını vurğulayıb.

İki ölkə arasında yeni dövrün ilk addımı olaraq BƏƏ-nin Türkiyəyə sərmayə üçün 10 milyard dollar vəsait ayırdığına diqqət çəkən qəzet, “Prezident Ərdoğanın da dediyi kimi, bu səfər  iki ölkə arasındakı  əlaqələrin inkişafı istiqamətində yeni bir  mərhələyə keçidin hazırlığıdır”- qeyd edib.

“Əl-İttihad”ın xəbərində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin davamlı iqtisadi ortaqlığa başlandığına diqqət çəkilib.

Şahzadə Bin Zayed və Prezident Ərdoğanın görüşünü “Müstəsna bir səfər” başlığı ilə dərc edən BƏƏ-nin “Əl-Halic” qəzeti də bu səfərlə iki ölkə arasında qədim əlaqələrin yeni yol xəritəsinin olduğuna diqqət çəkib.

Qəzet dünənki səfərin “müstəsna əhəmiyyətini” vurğulayaraq yazıb ki, bu səfər həm Türkiyənin həm BƏƏ, həm də digər ərəb ölkələri ilə əlaqələrini tarixi, coğrafi, dini və ortaq maraqlar kontekstində yeni dövrə daşıyır.

Prezident Ərdoğanın dəvəti ilə Ankaraya səfər edən Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan isə bunları deyib ki, iqtisadi əlaqələrin gücləndirilməsi ətrafında səmərəli danışıqlar aparılıb. Əməkdaşlıq üçün yeni və perspektivli üfüqlər açmağa ümid etdiklərini bildirən Bin Zayed səfərin  iki ölkəyə fayda verəcəyini qeyd edib.

 

Ölkə.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90